AZ

TBİLİSİDƏ RUSİYAYÖNÜMLÜ QANUNA GÖRƏ YENİDƏN ALƏM QARIŞDI

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsinə etiraz edən vətəndaşlar yenidən parlament binası önünə toplaşıblar.

tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, onlar səhərə qədər “Gürcüstan üçün oyaq qalaq” şüarı ilə parlament binasının yaxınlığında qalacaqlar. Qeyd edək ki, mayın 13-də səhər saat 9:00-da hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirə edəcək. Vətəndaşlar “Avropaya bəli!”, "Rusiya qanunu yox”, "Yaşasın Gürcüstan" kimi şüarlar səsləndirirlər. Parlament ətrafına çox sayda polis səfərbər olunub. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasının başlamalı olduğu parlamentin giriş qapılarını dəmir barmaqlıqlarla möhkəmləndiriblər.

Xatırladırıq ki, ölkə prezidenti dünən baş nazirin çıxışını sərt tənqid edib və Rusiyanın maraqlarına xidmət etdiyini bildirib...

A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
50
tezadlar.az

10Mənbələr