AZ

Bələdiyyə sədri öldürüldü

İranın Fars əyalətinin Şiraz şəhərinin 5-ci rayon meri Reza Mesudinin evində naməlum şəxslər tərəfindən öldürüldüyü açıqlanıb.

News24.az xəbər verir ki, Məsudinin naməlum şəxslər tərəfindən öldürülməsi xəbəri Şiraz Bələdiyyə Şurasının zalında elan edilib.

Xəbərdən sonra Şiraz Bələdiyyə Şurası boşaldılıb.

Qeyd edək ki, İran mediası Mesudinin yerli vaxtla saat 14:00 radələrində evində ölü tapıldığını bildirib.

Merin necə öldürülməsi ilə bağlı hələlik ətraflı məlumat paylaşılmayıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
6

1Mənbələr

Şərh ()
Bağla