AZ

İranda mer öldürüldü

İranın Fars əyalətinin Şiraz şəhərinin 5-ci rayon meri Reza Məsudinin evində naməlum şəxslər tərəfindən öldürüldüyü açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Məsudinin naməlum şəxslər tərəfindən öldürülməsi xəbəri Şiraz Bələdiyyə Şurasının zalında elan edilib.

Xəbərdən sonra Şiraz Bələdiyyə Şurası boşaldılıb.

Digər tərəfdən, yerli media Məsudinin yerli vaxtla saat 14:00 radələrində Şirazın Şəhid Ağayı küçəsindəki evində ölü tapıldığını bildirib.

Qeyd edək ki, merin necə öldürülməsi ilə bağlı hələlik ətraflı məlumat paylaşılmayıb.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
4
525.az

5Mənbələr