AZ

Gəncədə iki avtomobil toqquşub, üç nəfər yaralanıb.

Gəncə şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü S.Verdiyev, 1997-ci il təvəllüdlü B.Ələkbərov və 2002-ci il təvəllüdlü F.Əsədova xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
6

1Mənbələr

Şərh ()
Bağla