AZ

Gəncədə yol qəzası: Xəsarət alanlar var

Gəncə şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü S.Verdiyev, 1997-ci il təvəllüdlü B.Ələkbərov və 2002-ci il təvəllüdlü F.Əsədova xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
6
teleqraf.com

6Mənbələr