AZ

Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - Xaçmaz sakini şikayətçidirVİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xaçmaz rayon sakini Sevinc Babayeva internet üzərindən pul qazanmaq təklifinin qurbanı olduğunu və 500 manatından olduğunu iddia edir.  

Xezerxeber.az-ın məlumatına görə, o deyir ki, insaqramda tanımadığı bir səhifədən ona cəmi 20 manat qarşılığında yüzlərlə manat pul qazanmaq təklifi gəlib.

Bu təklif onu cəlb etdiyindən aldanıb. O, ''pulqazan.investor'' adlı həmin səhifənin adminlərinə xeyli məbəlğdə pul göndərib. Həmin səhifənin admini tərəfindən növbəti dəfə pul göndərmək təklifinə isə Sevinc Babayeva rədd cavabı verib. Bundan sonra onunla əlaqə bloklanıb.

Biz də məsələni araşdırmaq üçün həmin səhifəni axtarmağa başladıq. Lakin heç bir nəticəsi olmadı. Çünki artıq səifənin fəaliyyəti dondurulmuşdu.

Mövzuya münasibət bildirən hüquqşünas Kamandar Hüseynov deyir ki, son vaxtlarda xüsusilə asan qazanc əldə etmək adı altında vətəndaşların aldadılması faktları artıb. Hüquqşunas deyir ki, insanlar bəzi hallarda bu yalan vədlərə inanır və müxtəlif məbləğdə pul vəsaitlərini onlara köçürürlər. Daha sonra isə qazanc əldə etmək gözləntiləri yaransa da, bu baş tutmur.

Onun sözlərinə görə, konkret olaraq cəmi bir neçə dəqiqə ərzində yüksək məbləğdə qazanc vədləri əsassızdır. Bundan zərərçəkənlər aidiyyəti üzrə məlumat verməlidirlər.

Hüquqşünas vətəndaşlara tövsiyə edir ki, bu cür şirniklənşdirici elanlara aldanıb tanımadıqları şəxslərə vəsaitlərini göndərməsinlər. Əks halda belə aldananlar çox olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
184
12
1

1Mənbələr

Şərh ()
Bağla