AZ

İnernetdən cibimizə girən DƏLƏDUZLAR: bu dəfə o qurban oldu

Xaçmaz rayon sakini Sevinc Babayeva internet üzərindən pul qazanmaq təklifinin qurbanı olduğunu və 500 manatını itirdiyini iddia edir.

Publika.az xəbər verir ki, o, “Instagram”da tanımadığı bir səhifədən ona cəmi 20 manat qarşılığında yüzlərlə manat pul qazanmaq təklifi gəldiyini deyib.

Bu təklif onu cəlb etdiyi üçün aldanıb. O, “pulqazan.investor” adlı həmin səhifənin adminlərinə xeyli məbləğdə pul göndərib. Həmin səhifənin admini tərəfindən növbəti dəfə pul göndərmək təklifinə isə Sevinc Babayeva rədd cavabı verib. Bundan sonra onunla əlaqə bloklanıb.

Mövzuya münasibət bildirən hüquqşünas Kamandar Hüseynovun sözlərinə görə, son vaxtlarda xüsusilə asan qazanc əldə etmək adı altında vətəndaşların aldadılması faktları artıb.

Hüquqşunas bildirib ki, insanlar bəzi hallarda bu yalan vədlərə inanır və müxtəlif məbləğdə pul vəsaitlərini onlara köçürürlər. Daha sonra isə qazanc əldə etmək gözləntiləri yaransa da, bu baş tutmur.

Onun sözlərinə görə, konkret olaraq cəmi bir neçə dəqiqə ərzində yüksək məbləğdə qazanc vədləri əsassızdır. Bundan zərərçəkənlər aidiyyəti üzrə məlumat verməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
345
4
publika.az

10Mənbələr