AZ

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstan

Tbilisi, 12 may, AZƏRTAC

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müxalifətinə müraciət edib. O, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını, yəni, müxalifəti “son dərəcə diqqətli” olmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident mayın 12-də keçirdiyi brifinqdə bəyanatla çıxış edib.

O deyib: "Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin sizi - müxalifəti təxribata çəkmək planları var. Buna görə də istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır".

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
67
12
1

1Mənbələr

Şərh ()
Bağla