AZ

"Real Madrid"in növbəti il üçün transfer hədəfi

"Real Madrid" rəhbərliyi "Bayer"in yarımmüdafiəçisi Florian Virtsin gələcək transferi istiqamətində ilk addımlarını atıb.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə,  21 yaşlı oyunçu gələn mövsüm "Bayer"də qalacağına qərar verdiyi üçün Virts Madrid klubunun 2025/2026 mövsümü üçün əsas transfer hədəfidir.

Xatırladaq ki, bu mövsüm Virts bütün turnirlərdə 46 matçda iştirak edib, 18 qol vurub, 19 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
22

1Mənbələr

Şərh ()
Bağla