İspaniyanın \"Real\" klubu rekordunu təkrarlayıb.
Paytaxt təmsilçisi buna La Liqanın XXXV turunda \"Qranada\"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.
Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv cari mövsüm çempionatda 19 matçda qapısını toxunulmaz saxlayıb.
\"Kral klubu\" 1986/1987 və 1987/1988 mövsümlərində eyni sayda \"quru\" oyun keçirib.
Qeyd edək ki, hazırda 90 xalı olan \"Real\" mayın əvvəlində çempionluğu təmin edib.
///Report