Polşa çempionatında 32-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisiRahil Məmmədovun çıxış etdiyi LKS səfərdə “Pyast”la qarşılaşıb və 0:4 hesabı iləuduzub.
Rahil oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.
LKS hazırda 21 xalla sonuncu pillədə qərarlaşıb. Komandanın yüksək liqanı tərk edəcəyi dəqiqləşib.