"Uşaq Avroviziyası 2024"ün keçirələcəyi tarix və yer açıqlanıb.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın RTVE telekanalı məlumat yayıb.
Bildirilib ki, müsabiqə noyabrın 16-da Madriddə "Caja Magica" stadionunda keçiriləcək.
Yarışmaya mahnıların qəbulu mayın 14-də başlayacaq və iyulun 3-də başa çatacaq.