AZ

VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışından reportaj (FOTO)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şuşa. Trend:

Şuşa - gözəl və sehrli, möhtəşəm və nəcib, qürurlu və azad,azərbaycanlıların müqəddəs yeridir! Bu günlərdə şəhərdə gözəlbayram ab-havası hökm sürür.

Trend-in müxbirihadisə yerindən məlumat verir ki, Şuşada 11-13 may tarixlərindəHeydər Əliyev Fondu və Azərbaycan Respublikası MədəniyyətNazirliyinin təşkilatçılığı ilə VII “Xarıbülbül” Beynəlxalq MusiqiFestivalının möhtəşəm açılışı baş tutub.

Festival 3 gün ərzində Şuşa və Laçında keçirilir. Şuşa şəhəri2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.Ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev bununlaəlaqədar tədbirlərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı dünyanın bir çoxölkələrindən olan çoxsaylı musiqiçilərin iştirak etdiyi dostluq vəmusiqi bayramıdır, mədəni irsimizin zəngin ənənələrininqorunmasına, eləcə də mədəniyyətlərarası dialoqunmöhkəmləndirilməsinə kömək edir, müxtəlif ölkələri təmsil edənmusiqiçilərin ünsiyyət və əməkdaşlığı üçün əlverişli şəraityaradır.

Festivalın qonaqları arasında dövlət və ictimai xadimlər,mədəniyyət və elm nümayəndələləri, yaradıcı ziyalılar və gənclərvar.

Cıdır düzündə Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı”elan edilməsin və VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalınınaçılışı münasibətilə tanınmış incəsənət ustaları və gəncistedadların, musiqiçi və vokalistlərin, muğam, klassik və xalqmusiqisi ifaçılarının, xoreoqrafiya kollektivlərin iştirakı iləkonsert təqdim edilib. Festivalın iştirakçıları arasındaAzərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran,Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə, İCESCO-yaüzv ölkələrindən olan ifaçılar və yaradıcı kollektivlər təmsilolunur.

Diqqət çəkən məqamlardan biri də İCESCO-nun üzv dövlətlərininbayraqları ilə Cıdır düzünə 27 Qarabağ atı ilə atlı dəstənin çıxışıolub.

Konsertdə müxtəlif ölkələrdən olan tanınmış ifaçılar iştirakediblər: Azərbaycanın xalq artistləri Arif Babayev, GülyanaqMəmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyə Xanbabayeva,Sevda Ələkbərzadə, Qazaxıstanın əməkdar artisti Alişer Karimov,Qvineyadan Abubakar Silla, Özbəkistanın xalq artisti NəsibəAbdullayeva, Türkiyədən Hüsnü Şənləndirici, habelə “Aşıqlar” qrupu,Azərtbaycan Dövlət Rəqs Ansamblı, “Almazyood” kollektivi (BƏƏ),“Sendja Community” kollektivi (İndoneziya), “Qılınc rəqqasları”(Qətər), “Tizwit” (Mərakeş), ”Anadolu ateşi" (Türkiyə), ”Navbahor“mahnı və rəqs ansamblı (Özbəkistan) və s.

SSRİ xalq artisti, dünya şöhrətli ifaçı Zeynəb Xanlarova: “Birneçə dəfə Xarıbülbül festivalında qonaq kimi iştirak etmişəm, ammabu möhtəşəm səhnədə ilk dəfə çıxış edirdim. Şuşada çıxış etməkböyük xoşbəxtlik və qürurdur!”

Xalq artisti, tanınmış muğam ifaçısı Arif Babayev: “Şuşa,Qarabağ bizim şanlı tariximiz, fəxrimiz, xoşbəxtliyimizdir. Cıdırdüzündəki konsert ən yüksək səviyyədə təşkil olundu və hamımızamusiqi sənətinin böyük bayramını yaşatdı”.

"“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı – qəlbimizinsədasıdır! Mən dünyanın bir çox ölkələrində olmuşam, yüzlərləfestivalda iştirak etmişəm, lakin Şuşa və bu möhtəşəm musiqi,yaradcılıq, sülh, gözəllik və azadlıq bayramı ilə heç nə müqayisəoluna bilməz. Bu, həqiqətən Heydər Əliyev Fondunun 20 illiyinə vəUlu Öndər Heydər Əliyevin 101-ci ildönümünə təsadüf edən xoşbəxtgünlərdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın sayəsində ölkəmiz qədimtarixi, mədəniyyəti, adət-ənənələri ilə bütün sahələrdə çiçəklənənölkə kimi dünyada tanınır. Bunun üçün yaşamağa, yaratmağa,Azərbaycanı bütün dünyada tanıtmağa dəyər!", - deyə xalq artisti,görkəmli tar ifaçısı Ramiz Quliyev bildirib.

"Müharibə vaxtı keçdi. Quruculuq, xoşbəxtlik, böyüknailiyyətlərin vaxtıdır. Son zamanlar mən Bakıdan çox Şuşadaolmuşam və burada baş verən möhtəşəm dəyişiklikləri öz gözlərimləgörürəm. Bu yaxınlarda Xənkəndi şəhərinə getdim, orada sonuncu dəfə35 il əvvəl olmuşam və xoşbəxtlikdən gözlərim yaşardı. Festivalınmüasir, azad, müstəqil və demokratik Azərbaycanın memarı, Ulu ÖndərHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü günlərindəkeçirilməsi isə ölkə tarixinin şanlı salnaməsinə yazılmış çoxəlamətdar hadisədir", - Səməd Vurğun adına Azərbaycan DövlətAkademik Rus Dram Teatrının baş rejissoru, xalq artisti, Avropayəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskideyib.

""Xarıbülbül" beynəlxalq festivalı indi erməni revanşizminin başqaldırmağa çalışdığı bir vaxtda keçirilir və bu festival, ocümlədən Qarabağda yolların, binaların, hava limanlarınıntikintisinin, memarlıq abidələrinin bərpasının fəal şəkildə həyatakeçirilməsi sülh əvəzinə aqressiv əməllərə əl atmağa çalışan bu“bəxtsiz qonşulara” ən gözəl cavabdır. Əsas odur ki, Heydər ƏliyevFondu öz quruculuğunu davam etdirir və bu səbəbdən hamını böyükbayram münasibətilə təbrik edirəm!!, - Üzeyir Hacıbəyli adına BakıMusiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyliqeyd edib.

"Festival Şuşa şəhəri işğaldan azad ediləndən sonra dördüncüdəfə keçirilir və bu, ölkəmiz üçün çox əlamətdar bir hadisədir.Fərhad Bədəlbəyli və mən bura gələrkən yol boyu baş verəndəyişiklikləri gördük, yollar, aparılan tikinti işləri bizə xoşduyğular bəxş etdi. Şuşa - ölkəmizin qızılıdır və bu gündənetibarən burada müxtəlif sahələrdə möhtəşəm layihələr həyatakeçirməyimiz böyük xoşbəxtlikdir. İstərdik ki, bu bayram həmişədavam etsin. Xüsusilə qeyd edim ki, bu beynəlxalq festival müxtəlifölkələrdən qonaqların gəldiyi, mədəniyyətimizlə, ənənələrimizlə,gözəl ölkəmizlə və insanlarımızla tanış olduğu, sənətlərini nümayişetdirdiyi və buradan ən xoş təəssüratlarla getdikləri festivaldır.Əvvəllər biz bütün dünyada geniş yayılmış Qəbələ BeynəlxalqFestivalı ilə fəxr edirdik, indi isə ölkənin təbliği üçün çox vacibolan "Xarıbülbül" festivalını dünya xalqlarına xüsusi sevinclətəqdim edirik", - Müslüm Maqomayev adına Dövlət AkademikFilarmomiyasının direktoru, xalq artisti Murad Adıgözəlzadəvurğulayıb.

“Çox söz demək olar, amma duyğularım aşıb-daşır.Təxminən iyirmiilə yaxındır ifa etdiyim “Şuşanın dağları” kompozisiyası nəhayət,işğaldan azad edildikdən sonra burada ilk dəfə Cıdır düzündə böyüksəhnədə təqdim etdim. Mən ölkə və xalq adına böyük qürurduyuram!"., - Azərbaycanın xalq artisti, müğənni ZülfiyyəXanbabayeva söyləyib.

Qeyd edək ki, Şuşa şəhərinin simvolu olan gülün şərəfinəadlandırılan “Xarıbülbül” musiqi festivalı 1989-cu ildən etibarənkeçirilir. Festival məşhur xanəndə, pedaqoq, xalq artisti SeyidŞuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə həmin ilinmay ayında Ağdamın Abdal Gülablı kəndində keçirilib, Şuşada davamedib və Ağdamda konsertlə yekunlaşıb.

1990-cı ildən "Xarıbülbül" festivalı beynəlxalq status qazanıb.Qarabağ münaqişəsi dövründə festivalın əsas konsertləri Ağdamdakeçirilib. Festivalın bəzi konsertləri Bərdə və Ağcabədidə baştutub. Ölkəmizin tarixi qələbəsi ilə başa çatan 44 günlük müharibəzamanı Azərbaycan torpaqları işğaldan azad edildikdən sonrafestival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanıgenişlənədiriləcək və Laçın şəhərini də əhatə edəcək.

Fotolar: Zaur Mustafayev.

VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
VII
Məqalədə:
Seçilən
90
3
1

1Mənbələr

Şərh ()
Bağla