AZ

VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışından reportaj - FOTO

Şuşa - gözəl və sehrli, möhtəşəm və nəcib, qürurlu və azad, azərbaycanlıların müqəddəs yeridir! Bu günlərdə şəhərdə gözəl bayram ab-havası hökm sürür.

Day.Az bildirir ki, Trend-in müxbiri hadisə yerindən məlumat verir ki, Şuşada 11-13 may tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı baş tutub.

Festival 3 gün ərzində Şuşa və Laçında keçirilir. Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilib. Ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı dünyanın bir çox ölkələrindən olan çoxsaylı musiqiçilərin iştirak etdiyi dostluq və musiqi bayramıdır, mədəni irsimizin zəngin ənənələrinin qorunmasına, eləcə də mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə kömək edir, müxtəlif ölkələri təmsil edən musiqiçilərin ünsiyyət və əməkdaşlığı üçün əlverişli şərait yaradır.

Festivalın qonaqları arasında dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələləri, yaradıcı ziyalılar və gənclər var.

Cıdır düzündə Şuşanın "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsin və VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı münasibətilə tanınmış incəsənət ustaları və gənc istedadların, musiqiçi və vokalistlərin, muğam, klassik və xalq musiqisi ifaçılarının, xoreoqrafiya kollektivlərin iştirakı ilə konsert təqdim edilib. Festivalın iştirakçıları arasında Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə, İCESCO-ya üzv ölkələrindən olan ifaçılar və yaradıcı kollektivlər təmsil olunur.

Diqqət çəkən məqamlardan biri də İCESCO-nun üzv dövlətlərinin bayraqları ilə Cıdır düzünə 27 Qarabağ atı ilə atlı dəstənin çıxışı olub.

Konsertdə müxtəlif ölkələrdən olan tanınmış ifaçılar iştirak ediblər: Azərbaycanın xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyə Xanbabayeva, Sevda Ələkbərzadə, Qazaxıstanın əməkdar artisti Alişer Karimov, Qvineyadan Abubakar Silla, Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şənləndirici, habelə "Aşıqlar" qrupu, Azərtbaycan Dövlət Rəqs Ansamblı, "Almazyood" kollektivi (BƏƏ), "Sendja Community" kollektivi (İndoneziya), "Qılınc rəqqasları" (Qətər), "Tizwit" (Mərakeş), "Anadolu ateşi" (Türkiyə), "Navbahor" mahnı və rəqs ansamblı (Özbəkistan) və s.

SSRİ xalq artisti, dünya şöhrətli ifaçı Zeynəb Xanlarova: "Bir neçə dəfə Xarıbülbül festivalında qonaq kimi iştirak etmişəm, amma bu möhtəşəm səhnədə ilk dəfə çıxış edirdim. Şuşada çıxış etmək böyük xoşbəxtlik və qürurdur!"

Xalq artisti, tanınmış muğam ifaçısı Arif Babayev: "Şuşa, Qarabağ bizim şanlı tariximiz, fəxrimiz, xoşbəxtliyimizdir. Cıdır düzündəki konsert ən yüksək səviyyədə təşkil olundu və hamımıza musiqi sənətinin böyük bayramını yaşatdı".

""Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı - qəlbimizin sədasıdır! Mən dünyanın bir çox ölkələrində olmuşam, yüzlərlə festivalda iştirak etmişəm, lakin Şuşa və bu möhtəşəm musiqi, yaradcılıq, sülh, gözəllik və azadlıq bayramı ilə heç nə müqayisə oluna bilməz. Bu, həqiqətən Heydər Əliyev Fondunun 20 illiyinə və Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə təsadüf edən xoşbəxt günlərdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində ölkəmiz qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə bütün sahələrdə çiçəklənən ölkə kimi dünyada tanınır. Bunun üçün yaşamağa, yaratmağa, Azərbaycanı bütün dünyada tanıtmağa dəyər!", - deyə xalq artisti, görkəmli tar ifaçısı Ramiz Quliyev bildirib.

"Müharibə vaxtı keçdi. Quruculuq, xoşbəxtlik, böyük nailiyyətlərin vaxtıdır. Son zamanlar mən Bakıdan çox Şuşada olmuşam və burada baş verən möhtəşəm dəyişiklikləri öz gözlərimlə görürəm. Bu yaxınlarda Xənkəndi şəhərinə getdim, orada sonuncu dəfə 35 il əvvəl olmuşam və xoşbəxtlikdən gözlərim yaşardı. Festivalın müasir, azad, müstəqil və demokratik Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günlərində keçirilməsi isə ölkə tarixinin şanlı salnaməsinə yazılmış çox əlamətdar hadisədir", - Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, xalq artisti, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski deyib.

""Xarıbülbül" beynəlxalq festivalı indi erməni revanşizminin baş qaldırmağa çalışdığı bir vaxtda keçirilir və bu festival, o cümlədən Qarabağda yolların, binaların, hava limanlarının tikintisinin, memarlıq abidələrinin bərpasının fəal şəkildə həyata keçirilməsi sülh əvəzinə aqressiv əməllərə əl atmağa çalışan bu "bəxtsiz qonşulara" ən gözəl cavabdır. Əsas odur ki, Heydər Əliyev Fondu öz quruculuğunu davam etdirir və bu səbəbdən hamını böyük bayram münasibətilə təbrik edirəm!!, - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli qeyd edib.

"Festival Şuşa şəhəri işğaldan azad ediləndən sonra dördüncü dəfə keçirilir və bu, ölkəmiz üçün çox əlamətdar bir hadisədir. Fərhad Bədəlbəyli və mən bura gələrkən yol boyu baş verən dəyişiklikləri gördük, yollar, aparılan tikinti işləri bizə xoş duyğular bəxş etdi. Şuşa - ölkəmizin qızılıdır və bu gündən etibarən burada müxtəlif sahələrdə möhtəşəm layihələr həyata keçirməyimiz böyük xoşbəxtlikdir. İstərdik ki, bu bayram həmişə davam etsin. Xüsusilə qeyd edim ki, bu beynəlxalq festival müxtəlif ölkələrdən qonaqların gəldiyi, mədəniyyətimizlə, ənənələrimizlə, gözəl ölkəmizlə və insanlarımızla tanış olduğu, sənətlərini nümayiş etdirdiyi və buradan ən xoş təəssüratlarla getdikləri festivaldır. Əvvəllər biz bütün dünyada geniş yayılmış Qəbələ Beynəlxalq Festivalı ilə fəxr edirdik, indi isə ölkənin təbliği üçün çox vacib olan "Xarıbülbül" festivalını dünya xalqlarına xüsusi sevinclə təqdim edirik", - Müslüm Maqomayev adına Dövlət Akademik Filarmomiyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə vurğulayıb.

"Çox söz demək olar, amma duyğularım aşıb-daşır.Təxminən iyirmi ilə yaxındır ifa etdiyim "Şuşanın dağları" kompozisiyası nəhayət, işğaldan azad edildikdən sonra burada ilk dəfə Cıdır düzündə böyük səhnədə təqdim etdim. Mən ölkə və xalq adına böyük qürur duyuram!"., - Azərbaycanın xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva söyləyib.

Qeyd edək ki, Şuşa şəhərinin simvolu olan gülün şərəfinə adlandırılan "Xarıbülbül" musiqi festivalı 1989-cu ildən etibarən keçirilir. Festival məşhur xanəndə, pedaqoq, xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə həmin ilin may ayında Ağdamın Abdal Gülablı kəndində keçirilib, Şuşada davam edib və Ağdamda konsertlə yekunlaşıb.

1990-cı ildən "Xarıbülbül" festivalı beynəlxalq status qazanıb. Qarabağ münaqişəsi dövründə festivalın əsas konsertləri Ağdamda keçirilib. Festivalın bəzi konsertləri Bərdə və Ağcabədidə baş tutub. Ölkəmizin tarixi qələbəsi ilə başa çatan 44 günlük müharibə zamanı Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra festival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanı genişlənədiriləcək və Laçın şəhərini də əhatə edəcək.

Fotolar: Zaur Mustafayev.

  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
  • VII
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
day.az

4Mənbələr