AZ

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib - YENİLƏNİB + FOTO/VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Əfqanıstanın Baqlan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri keçib.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının Əfqanıstan ofisi məlumat verib.

Bildirilib ki, təbii fəlakət nəticəsində mindən çox ev dağılıb.

Mənbə: iz.ru

17:06

Əfqanıstanın şimalında cümə günü yağan leysan zamanı baş verən daşqınlar nəticəsində azı 151 nəfər ölüb.

Bu barədə Taliban hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatından isə ölənlərin sayının 200-ü keçdiyi bildirilib.

12:03

Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bu barədə yerli mediada xəbər yayılıb.

Bildirilib ki, həlak olanların sayı arta bilər, çünki onlarla insan itkin düşmüş hesab edilir.

Bundan başqa Kabili Əfqanıstanın şimalı ilə birləşdirən əsas yol isə bağlanıb.


Seçilən
126
35
1

1Mənbələr

Şərh ()
Bağla