AZ

Paris-2024-ə lisenziya qazanan güləşçilərimiz Vətənə qayıdıb - FOTO

Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat Turnirin uğurla çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, “klassiklər”i Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, eləcə də ailə üzvlər və media nümayəndələri qarşılayıblar.

İstanbulda Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərindən üstün olaraq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, onlaradək yunan-Roma növündə Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) da Fransa paytaxtına bilet sifariş vermişdi.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
idman.biz

2Mənbələr