AZ

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

BMY

Bakı, 11 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mayın 10-da Nyu-Yorkda Qəzza böhranı ilə bağlı fövqəladə xüsusi sessiya üçün yenidən toplaşıb və böyük səs çoxluğu ilə Fələstinin hazırda təşkilatda müşahidəçi statusunda hüquqlarının təkmilləşdirilməsi üzrə səyləri dəstəkləyən qətnamə qəbul edib. O, Təhlükəsizlik Şurasını Fələstinin BMT-yə tamhüquqlu üzv olmaqla bağlı tələbinə müsbət cavab verməyə çağırıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Baş Assambleya bu qətnaməni qəbul etməklə Fələstin Dövlətinin dünya icması daxilində hüquqlarını təkmilləşdirəcək, lakin bu sənəd BMT-də səsvermə və ya Təhlükəsizlik Şurası, ECOSOC kimi orqanlara öz namizədliyini irəli sürmək hüququnu ehtiva etmir.

Sessiyada çıxış edən Böyük Britaniyanın nümayəndəsi “iki dövlət” prinsipini dəstəklədiyini, ABŞ təmsilçisi isə Fələstinin bu məsələni İsrail ilə müzakirə etməli olduğunu bildiriblər. Çinin, ərəb ölkələrinin və Rusiyanın təmsilçiləri isə Fələstinin BMT-də tamhüquqlu üzvlüyünü dəstəkləyiblər.

Seçilən
50
1
1

1Mənbələr

Şərh ()
Bağla