AZ

Fələstinin BMT Baş Assambleyasında hüquqları necə tənzimlənəcək?

Xəbər verdiyimiz kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası mayın 10-da Nyu-Yorkda Qəzza böhranı ilə bağlı fövqəladə xüsusi sessiya üçün yenidən toplaşıb və böyük səs çoxluğu ilə Fələstinin hazırda təşkilatda müşahidəçi statusunda hüquqlarının təkmilləşdirilməsi üzrə səyləri dəstəkləyən qətnamə qəbul edib. 

Bizim.Media BMT-nin saytına istinadla xəbər verir ki, Baş Assambleya Təhlükəsizlik Şurasını Fələstinin BMT-yə tamhüquqlu üzv olmaqla bağlı tələbinə müsbət cavab verməyə çağırıb.

Bu qətnamə sayəsində Fələstin Dövlətinin dünya icması daxilində hüquqları təkmilləşəcək. lakin bu sənəd Fələstinə BMT-də səsvermə və ya Təhlükəsizlik Şurası, ECOSOC kimi orqanlara öz namizədliyini irəli sürmək hüququnu verməyəcək.

Qeyd edək ki, sessiyada çıxış edən Böyük Britaniyanın nümayəndəsi “iki dövlət” prinsipini dəstəklədiyini, ABŞ təmsilçisi isə Fələstinin bu məsələni İsrail ilə müzakirə etməli olduğunu bildiriblər. Çinin, ərəb ölkələrinin və Rusiyanın təmsilçiləri isə Fələstinin BMT-də tamhüquqlu üzvlüyünü dəstəkləyiblər.

İsrail tərəfi isə qərara etiraz olaraq, qətnamə mətnini cırıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
31
bizim.media

10Mənbələr