AZ

“Böyüklərə hörmət cəmiyyətdə ahəngdarlıq yaradır” - Sosioloq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Hər bir cəmiyyətin özünün yazılmayan qanunları var. Bunlardan biri də ictimai yerlərdə davranış və ədəb-ərkan qaydalarıdır. Son zamanlar bir çoxları ictimai nəqliyyatda gənclərin özlərini apara bilməməsindən, hətta yaşlı insanlara yer belə verməmələrindən şikayətlənirlər.

Görəsən, bu, haqlı şikayətdirmi? Gənclər həqiqətənmi özlərini cəmiyyətdə apara bilmirlər?

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosioloq Rüfət İsmayılzadə fikirlərini bildirib.

“Əvvəla onu deyim ki, Azərbaycan gəncliyi qədər mədəni, böyük-kiçiyə hörmət göstərən nəsil dünyanın heç bir yerində yoxdur. Mən bir çox ölkələrdə olmuşam, oradakı gənclərin özlərini ictimai yerlərdə necə apardıqlarını görmüşəm. İnanın, adam xəcalət çəkir. Müasir gənclərin bizim kimi valideynləri olub. Demək, örnək götürməli yerləri var.

Əslində, özündən böyüyə, yaşlılara hörmət bizim qanımızdadır. Sözsüz ki, bu da tərbiyədən, uşağın ailədə və məktəbdə gördüyündən, öyrədilməsindən irəli gəlir. Bu cür adətlərin yox olması cəmiyyət üçün dağıdıcı modeldir. İnsanlarda böyüklərə hörmət, nəzakət cəmiyyətdə ahəngdarlıq və komfort yaradır. Bəzən qəsdən bu tip adətlərin artıq, lazımsız olduğu təbliğ olunur. Lakin bu cür adətlərin yox olub getməsi bizim mədəniyyətimiz üçün təhdiddir və deyim ki, bu cür adətləri olmayan cəmiyyət məhvə məhkumdur”, - deyə Rüfət İsmayılzadə əlavə edib.

Seçilən
126
1
1

1Mənbələr

Şərh ()
Bağla