AZ

“Böyüklərə hörmət cəmiyyətdə ahəngdarlıq yaradır” – sosioloqdan açıqlama

Hər bir cəmiyyətin özünün yazılmayan qanunları var. Bunlardan biri də ictimai yerlərdə davranış və ədəb-ərkan qaydalarıdır. Son zamanlar bir çoxları ictimai nəqliyyatda gənclərin özlərini apara bilməməsindən, hətta yaşlı insanlara yer belə verməmələrindən şikayətlənirlər. Görəsən bu, haqlı şikayətdirmi? Gənclər həqiqətənmi özlərini cəmiyyətdə apara bilmirlər?

Suallarımıza cavab verən sosioloq Rüfət İsmayılzadənin məsələyə çox maraqlı münasibəti var:

“Əvvəla onu deyim ki, Azərbaycan gəncliyi qədər mədəni, böyük-kiçiyə hörmət göstərən nəsil dünyanın heç bir yerində yoxdur. Mən bir çox ölkələrdə olmuşam, oradakı gənclərin özlərini ictimai yerlərdə necə apardıqlarını görmüşəm. İnanın, adam xəcalət çəkir. Müasir gənclərin bizim kimi valideynləri olub. Demək, örnək götürməli yerləri var. Əslində, özündən böyüyə, yaşlılara hörmət bizim qanımızdadır. Sözsüz ki, bu da tərbiyədən, uşağın ailədə və məktəbdə gördüyündən, öyrədildiyindən irəli gəlir. Bu cür adətlərin yox olması cəmiyyət üçün dağıdıcı modeldir. İnsanlarda böyüklərə hörmət, nəzakət cəmiyyətdə ahəngdarlıq və komfort yaradır. Bəzən qəsdən bu tip adətlərin artıq, lazımsız olduğu təbliğ olunur. Lakin bu cür adətlərin yox olub getməsi bizim mədəniyyətimiz üçün təhdiddir. Və deyim ki, bu cür adətləri olmayan cəmiyyət məhvə məhkumdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
yenicag.az

2Mənbələr