AZ

Keşiş Baqratın 50 tərəfdarı saxlanıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şənbə günü səhər Ermənistan polisi İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.

Yenisabah.az xəbər verir ki, artıq İrəvan və Eçmiədzin şəhərində 50-yə yaxın adam saxlanılıb.

Xatırladaq ki, mayın 4-də arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Karekinin xeyir-duası ilə Ermənistanın Tavuş vilayətindən yürüşə başlayıb və mayın 9-dan etibarən İrəvanda Ermənistan hakimiyyətinin Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi ilə bağlı siyasətinə qarşı etiraz aksiyaları elan edib. Erməni kilsəsinin bütün yeparxiyalarının başçıları ona qoşularaq Ermənistanın müxtəlif bölgələrindən yürüşlərə başlayıblar.

Daha əvvəl mitinqdə arxiyepiskop Paşinyanın istefasını tələb edib.


Telegram kanalımız
Seçilən
177
28
1

1Mənbələr

Şərh ()
Bağla