AZ

Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb, 25 nəfər xəsarət alıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb.

7News.Az "Haber Global”a istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

Belə ki, içərisində 22 şagird və 2 müəllimin olduğu mikroavtobus yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri, polis və jandarma qrupları sövq edilib.

Xəstəxanaya aparılan yaralıların həyati təhlükəsi yoxdur.
Seçilən
161
15
1

1Mənbələr

Şərh ()
Bağla