AZ

Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə AŞIB - 25 nəfər xəsarət alıb

Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

Belə ki, içərisində 22 şagird və 2 müəllimin olduğu mikroavtobus yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri, polis və jandarma qrupları sövq edilib.

Xəstəxanaya aparılan yaralıların həyati təhlükəsi yoxdur.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
15
bizim.media

10Mənbələr