AZ

BİZİM TƏQVİM: 11 mayda baş vermiş tarixi hadisələr

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

330-cu ilin bu günündə Konstantinopol (İstanbul) rəsmi olaraq Roma İmperiyasının paytaxtı elan edilib. Əvvəllər Bizantion adlandırılan bu şəhərin adı dəyişdirilərək Yeni Roma olur. Lakin buna baxmayaraq, şəhər Konstantinopol adı ilə tanınıb.

Bəs, mayın 11-də daha hansı hadisələr baş verib?

1. Azərbaycanın görkəmli siyasi xadimi və yazıçısı Nəriman Nərimanovun “Nadir şah” pyesi ilk dəfə 1911-ci ilin 11 may tarixində Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub.  

2. SSRİ-də Stalin rejimi 1944-cü ilin 11 mayında Krım türklərini Sibir və Orta Asiyaya sürgün etmək qərarına gəldi. Mayın 18-dən həyata keçirilən qərarla on minlərlə Krım türkü yüz illərdir yaşadıqları torpaqlardan sürgün edildilər.

3. 11 may 1974-cü ildə An-2 təyyarəsi Qax rayonunda qəzaya uğrayıb.

4. 1985-ci il 11 mayda “Birmingham Siti” və Leeds United” komandaları arasındakı matçda azarkeşlərin mübahisələri dava-dalaşa səbəb olub. Nəticədə baş verən yanğın səbəbilə 40 adam ölüb, 150 nəfər yaralanıb.

11 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məhşur “Ovod” romanı ilə dünya şöhrəti qazanmış Etel Lilian Voyniç 1864-cü ilin bu günü İrlandiyada anadan olub.

2. Məşhur ispan rəssamı, sürrealzim cərəyanının görkəmli nümayəndəsi Salvador Dali 1904-cü il 11 mayda anadan olub. 

3. Azərbaycan heykəltaraşlığının banilərindən biri olan Fuad Əbdürrəhmanov 1915-ci ilin 11 mayında dünyaya gəlib. 

4. Yamaykalı gitaraçı və reggi müğənnisi Bob Marli 1981-ci ilin bu günü 36 yaşında həyatdan köçüb. (1945-1981)

5. 1935-ci ilin 11 mayında Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyov anadan olub (1935-2016).

6. Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədov 11 may 1975-ci ildə dünyaya gəlib.

7. Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov  11 may 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
139
23
1

1Mənbələr

Şərh ()
Bağla