AZ

BİZİM TƏQVİM: 20 mayda baş vermiş tarixi hadisələr

Dünya Metrologiya Günü 20 may 1875-ci ildə təsis edilib. Parisdə keçirilən Beynəlxalq Diplomatik Konfransda bu günün qeyd olunması qərara alınıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci il iyunun 13-də təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.

Bəs, mayın 20-də dünyada daha hansı hadisələr baş verib?

1. 1498-ci ilin bu günü Portuqaliya səyyahı Vasko da Qama 4 gəmidən ibarət donanma ilə Hindistan yarımadasının cənub sahillərinə çatıb lövbər atdı. Beləliklə, Qərbi Avropadan Hindistana dəniz yolu salındı. Bu hadisədən sonra Vasko da Qama öz həmvətənlisi Xristofor Kolumbdan daha çox məşhurlaşdı. Çünki Kolumb Hindistana gedib çata bilməmişdi.

2. 20 may 1851-ci ildə Kanadada ilk poçt markası işıq üzü görüb.

3. 1900-cu ilin 20 may tarixində Fransada 1900-ci il Yay Olimpiya Oyunları start götürüb.

4. 20 may 1902-ci ildə Kuba İspaniyadan müstəqillik əldə edib.

5. 20 may 1932-ci ildə amerikalı pilot Ameliya Erhart Nyufaundlad - İrlandiya uçuşu ilə Atlantika okeanını təkbaşına və dayanmadan keçərək aviasiya tarixinə ilk qadın pilot olaraq düşüb. A.Earhart 1935-ci ilin yanvarında isə Atlantikadan daha uzun məsafəli Havay - Kaliforniya arasını təkbaşına uçan ilk adam olub.

6. 1965-ci ilin bu günündə Domodedovo Hava Limanının açılışı baş tutub.

7. 20 may 1992-ci ildə "RUH" Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi yaranıb.

20 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün məşhur avropalı səyyah Xristofor Kolumbun yada salınır. Xristofor Kolumb 1506-cı ilin bu günü 55 yaşında İspaniyanın Valyadolid şəhərində vəfat edib. (1451-1506)

2. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Onore de Balzak 1799-cu il 20 mayda Fransanın Tur şəhərində anadan olub.

3. 20 may Azərbaycanın klassik ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin xatirə günüdür. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci ilin bu günü 53 yaşında Şamaxıda vəfat edib (1835-1888).

4. Azərbaycan folkloru və ədəbiyyatının görkəmli tədqiqatçısı, şair və mətnşünas Salman Mümtaz 1884-cü ilin 20 mayında anadan olub. Salman Mümtaz 1938-ci ildə Stalin repressiyasının qurbanı olub və 44 yaşında sürgündə həyatını itirib (1884-1938).

5. Azərbaycan teatr səhnəsində çıxış edən ilk qadın müğənni Həqiqət Rzayeva 1907-ci ilin bu günü də dünyaya gəlib. 1927-1952-ci illərdə muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan müğənni opera teatrında Ərəbzəngi, Leyli, Əsli, Telli, Şahsənəm kimi obrazları məharətlə ifa edib.

6. Azərbaycan nasiri Əbülhəsən Ələkbərzadə 20 may 1986-cı ildə dünyasını dəyişib.

7. Azərbaycan kinorejissoru, aktyor, ssenarist, bir çox filmlərin bədii rəhbəri, Əməkdar İncəsənət xadimi Şamil Mahmudbəyov 20 may 1997-ci ildə vəfat edib.

8. Bəstəkar, Əməkdar İncəsənət xadimi Əfsər Cavanşirov 20 may 2006-cı ildə dünyadan köçüb.

9. Yazıçı-publisist, Xalq şairi VHP-nin sədri, Millət vəkili Sabir Rüstəmxanlı 20 may 1946-cı ildə dünyaya göz açıb.

10. Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərov 20 may 1988-ci ildə anadan olub.Surxay

Mənbə: bizim.media

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
28
bizim.media

10Mənbələr