"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Moderator.az xəbər verir ki, şirkəti məhkəməyə verən şəxs Süleymanov Zəka Balay oğludur.
Z.Süleymanov məhkəmədə sığorta şirkəti barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi” üzrə iddia qaldırıb.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatındadır.