AZ

Azərbaycan Basketbol Liqasının ilk finalçısı bəlli oldu

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün növbəti yarımfinal oyunu baş tutub.

Arena.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində “Xırdalan” və “Sabah” komandaları seriyanın 2-ci oyununa çıxıblar.

Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə yekunda “Sabah”ın 81:62 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə “Sabah” seriyada 2:0 hesablı qalibiyyət əldə edib və ilk finalçı olub.

Qalib komandanın ən məhsuldar basketbolçusu Maykl Holton olub – 22 xal, 4 ribaund. “Xırdalan”da isə Cessi Qi fərqlənib – 15 xal, 5 ribaund.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin digər cütündə sabah “NTD-İndiqo” ilə “Xəzri” komandaları qarşılaşacaq. İlk matçda ikincilər 63:61 hesablı qələbə qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
8
Mənbələr
Şərh ()
Bağla