AZ

"Sabah" ilk finalçı oldu

Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.

Sportal.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində "Xırdalan" və "Sabah" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Görüşün əvvələrindən bərabər şəkildə davam edən mübarizə yekunda "Sabah" klubunun 81-62 hesablı qələbəsi ilə bitib.

Bu qələbə ilə "Sabah" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və ilk finalçı olub.

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cessi Qi - 15 xal, 5 ribaund), "Sabah" (Maykl Holton - 22 xal, 4 ribaund)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
8
sportal.az

9Mənbələr