AZ

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Ulu Öndərin adını daşıyan parkın Amfiteatr səhnəsində Heydər Əliyev adına Hərbi İnstitutun orkestri və tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər və digərləri iştirak ediblər.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla