Sankt-Peterburqda avtobusun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə İstintaq Komitəsi özünün Telegram kanalında məlumat yayıb.
Daha əvvəl 3 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Daha 4 nəfər kliniki ölüm vəziyyətində reanimasiyada olub.
Xilasedicilər mayın 10-da axşam saatlarında hadisə yerində işlərin başa çatdığını elan ediblər.
İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin istintaqını şəxsi nəzarətinə götürüb.
Mayın 10-da günorta saatlarında avtobus Sankt-Peterburqun mərkəzində çaya düşüb. İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirib.
Sürücü saxlanılıb.
QAZİLER.AZ