AZ

Çaya düşən avtobusun sərnişini baş verənlərin təfərrüatlarını açıqlayıb

Sankt-Peterburqda avtobusun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, yaralananlar var.

Hadisənin şahidləri başlarına gələnləri danışıblar. 

Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, Sankt-Peterburqda Moyka çayına düşən avtobusun sərnişini baş verənlərdən danışıb.

Onun sözlərinə görə, avtobus çaya düşəndən sonra kabinəyə su dərhal doldurub. “Su dərhal qalxmağa başladı. Dərhal. Əvvəl dizə qədər, sonra da tamamilə doldu”, - deyib.

Xatırladaq ki, ki, avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 7-ə çatıb. Bu barədə İstintaq Komitəsi özünün Telegram kanalında məlumat yayıb.

Daha əvvəl 3 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Daha 4 nəfər kliniki ölüm vəziyyətində reanimasiyada olub.

Xilasedicilər mayın 10-da axşam saatlarında hadisə yerində işlərin başa çatdığını elan ediblər.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin istintaqını şəxsi nəzarətinə götürüb.

Mayın 10-da günorta saatlarında avtobus Sankt-Peterburqun mərkəzində çaya düşüb. İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirib. 

Sürücü saxlanılıb.

 

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
qaziler.az

3Mənbələr