AZ

Dünya çempionundan Azərbaycan klubuna dəstək çağrışı - VİDEO

Cüdoçu, ikiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev “Sumqayıt” klubuna dəstək nümayiş etdirib.

Məşhur sumqayıtlı idmançı Premyer Liqanın 34-cü turunun “Sumqayıt” – “Səbail” matçından əvvəl azarkeşlərə çağrış edib.

O, hər kəsi bazar günü Bayıl təmsilçisi ilə qarşılaşmada şəhərin tək komandasını tək qoymamağa çağırıb.

Xatırladaq ki, çempionatın sonuna 3 tur qalmış “Kimyaçılar” 51 xalla 4-cü pillədə qərarlaşıb.

Komandanı ikinci sıradan cəmi 2 xal ayrırır.

“Gənclik şəhəri” tarixində 3-cü dəfə avrokuboklara, 2-ci dəfə medal qazanmağa çox yaxındır.

XANOĞLAN / SPORTİNFO.AZ

Belə anda dogma şəhərinin klubuna dəstək olan İlham Zəkiyevin haqqında bəhs etdiyimiz videosuna aşağıdakı linkdə baxa bilərsiniz:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla