AZ

İçərisində 20 sərnişinin olduğu avtobus körpüdən çaya düşdü

Sankt-Peterburqda sərnişin avtobusu Potseluev körpüsündən Moyka çayına düşüb. Nəqliyyatda 20 nəfər olub.

Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avtobusun qəzaya uğraması ilə bağlı polisə bir saatdan çox əvvəl siqnal daxil olub. Nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Xilasetmə işləri aparılıb, nəqliyyat vasitəsinin sərnişinləri sudan çıxarılıb. Rusiya Federasiyasının İstintaq Komitəsi avtobusun çaya düşməsi nəticəsində ölən və yaralananların olduğunu qeyd edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla