AZ

“Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar”

“Bu məğlubiyyətdən gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sadəcə sürətimiz çatmadı. İlk hissədə sürətli çıxışlarımız oldu, qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü və sürətsizliyə görə nəticə belə oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Neftçi”yə məğlub olduqları oyundan sonra deyib.

Təcrübəli çalışdırıcı “əvəzedici heyətin fubolçuları üç aydır ki, maaş almır. Bu məsələ sizi nə qədər narahat edir?” sualına belə cavab verib:

“Elə məsələdir ki, hər kəsi narahat edir. Həll etməyə çalışırıq. Son dönəmlərdə AFFA-nın klublara ayırdığı maliyyənin yarısı yoxdur, yarısı ödənilməyib. Bunların hamısının təsiri var. Təkcə bu ay deyil, o biri aylarda da belə bu cür hallar yaşanıb. Yəni, futbolçuların maaşının gecikməsini  səbəbi də odur. Çalışırıq ki, bu məsələni həll edək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
5
idmanxeber.az

10Mənbələr