AZ

“Kəpəz”də maliyyə problemi – Adil Şükürov təsdiqlədi

“Danışılası çox şey yoxdur, uduzduq. Bu məğlubiyyətdən gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sadəcə, sürətimiz çatmadı. İlk hissədə sürətli çıxışlarımız oldu, qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü və nəticə belə oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın XXXIV turunun “Neftçi” ilə görüşündən (1:5) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Əvəzedici heyətin fubolçuları üç aydır maaş almır. Bu məsələ sizi nə qədər narahat edir?

– Elə məsələdir ki, hər kəsi narahat edir. Həll etməyə çalışırıq. Son dönəmlərdə AFFA-nın klublara ayırdığı maliyyənin yarısı ödənilməyib. Bunların hamısının təsiri var. Təkcə bu ay deyil, o biri aylarda da bu cür hallar yaşanıb. Yəni, futbolçuların maaşının gecikməsinin  səbəbi də odur. Çalışırıq ki, bu məsələni həll edək.

– Müqaviləniz mövsümün sonuna qədər idi?

– Xeyr, hələ bir il də var (sportal.az).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
5
msport.az

10Mənbələr