AZ

“Dmitri Qriqorenko yeni hökumətdə vəzifəsini qoruyacaq” – RBC

“Dmitri Qriqorenko yeni hökumətin tərkibində Baş nazirin müavini – Aparat rəhbəri vəzifəsində işləməyə davam edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə mənbələr “RBC”yə məlumat veriblər.

“Baş nazirin müavini və hökumət aparatının rəhbəri Dmitri Qriqorenko yenilənmiş Nazirlər Kabinetinin tərkibində öz vəzifəsini qoruyacaq”, – mənbə bildirib.

Konstitusiyaya görə, baş nazirin müavini vəzifəsinə namizədləri baş nazir irəli sürür. Aşağı palatanın spikeri Vyaçeslav Volodin bildirib ki, deputatlar mayın 13-də baş nazirin müavinləri vəzifəsinə namizədlərə baxacaqlar. Mayın 10-da prezident Vladimir Putin Mixail Mişustini yenidən baş nazir vəzifəsinə təyin etməyi təklif edib və elə həmin gün onun namizədliyi Dövlət Duması tərəfindən təsdiqlənib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla