AZ

Şagirdini döyən məşqçinin cəzası bəlli oldu

Orenburqda keçirilən turnirdə şagirdini döyən məşqçi ömürlük cəza alıb.

Publika.az xəbər verir ki, bu barədə Dağıstan Güləş Federasiyasının prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti Ömər Murtuzəliyev məlumat verib

“Məşqçi ömürlük diskvalifikasiya olunub. Törədilən hərəkət qeyri-insani idi. Bu, özəl klub məşqçisidir. Dağıstanın idman nazirinə məktub yazdım. O, bir daha idman zallarında belə halların görünməməsi üçün tədbirlər görəcək”, – deyə funksioner bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
Mənbələr
Şərh ()
Bağla