AZ

Fransada böyük milli sərgi açılacaq

2026-cı ildə Fransada köləlik qurbanlarının xatirəsinə həsr olunmuş böyük milli sərgi açılacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Fransanın baş naziri Qabriel Attal açıqlama verib.

O, keçmiş qulların hekayəsinin dünya, Avropa və Fransa tarixinin bir parçası olduğunu bildirib:

“Bu tarix çox uzun müddətdir ki pərdə ilə örtülüb. Bunu dərk etmək zəiflik demək deyil, əksinə, böyüklük göstərmək deməkdir. 

Nə qədər ki, köləlik var idi, müqavimət var idi və biz bu müqavimət ruhunu bir daha xatırlamalıyıq. 

2026-cı ildə, köləliyin cinayət kimi tanınması haqqında qanunun 25-ci ildönümü münasibətilə böyük milli sərgi keçiriləcək”.

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla