AZ

İsrailin Rusiyadakı səfiri: "Alla Puqaçova bizim üçün israillidir"

İsrail hakimiyyəti müğənni Alla Puqaçova və repatriasiya prosedurundan keçmiş digər rusiyalı sənətçiləri israilli hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu müsahibəsində İsrailin Rusiyadakı səfiri Simone Halperin deyib.

Diplomatın sözlərinə görə, Puqaçova kimi İsrailə köçən rusların əksəriyyəti problem yaşamır və ölkəyə uğurla inteqrasiya ediblər.

...Onların hamısı İsraildə israillidirlər, yəni inteqrasiya olunublar, bəzən konsertlərdə, teatrda çıxış edirlər.

Halperin deyib bunu.

Səfir Puqaçova ilə şəxsən görüşməməsindən təəssüfləndiyini bildirsə də, onun mahnılarını xatırladığını qeyd edib.

Halperin həmçinin qeyd edib ki, son məlumatlara görə, rusların İsrailə repatriasiyası üçün müraciətlərin statistikasında heç bir sıçrayış yoxdur.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Alla Puqaçova öz anti-müharibə mövqeyini ifadə edib əri, aktyor Maksim Qalkin və uşaqları ilə birlikdə İsrailə gedib.

Yeri gəlmişkən, yəhudi agentliyi Sokhnut, 2022-ci ildə təxminən 70 min insanın İsrailə köçdüyünü, onların yarıdan çoxunun rus olduğunu bildirib.

Qeyd edək ki, 2021-ci ildə repatriantların sayı təxminən iki yarım dəfə az idi.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla