AZ

Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin üzvü, professor Aslan Abaşidze ilə görüşdə onu bölgədəki vəziyyət barədə məlumatlandırıb.

Bu barədə "Operativ Media"ya Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş zamanı qonağa Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verilib. Təsisatın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyi bildirilib, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları, beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb.

Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının otuz ilə yaxın işğalı zamanı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərdə Ombudsmanın təşəbbüsü ilə faktaraşdırıcı missiyaların həyata keçirildiyi qeyd edilib, hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğu söylənilib.

Eyni zamanda, cari ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyi bildirilib, Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə tədbirlərin nəzərdə tutulduğu qeyd olunub, mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
13
Mənbələr
Şərh ()
Bağla