AZ

Türkiyə ilə ABŞ Ukrayna və Qəzzanı müzakirə etdi

Türkiyə xarici işlər nazirinin müavini səfir Burak Akçapar ABŞ Dövlət Departamenti katibinin idarəetmə üzrə müavini və siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Con Bas ilə görüşüb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial şəbəkədə dərc olunan məlumatında  qeyd  olunub.

 

“Görüş zamanı Türkiyə-ABŞ Strateji Mexanizminin 7-ci iclasında razılaşdırılmış məsələlər, ikitərəfli münasibətlər, Qəzza zolağı və Ukraynada baş verənlər, NATO-nun Vaşinqtonda keçirilən sammiti, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
50
Mənbələr
Şərh ()
Bağla