AZ

Çin Azərbaycanla BOEM sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Çin Azərbaycanla bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir.

Bunu “Report”a açıqlamasında Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao deyib.

“Energetika sahəsi ikitərəfli əməkdaşlığımızda yeni təmas nöqtəsidir. Ötən il Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsinə sevindik”, - o bildirib.

Taonun sözlərinə görə, Çin günəş enerjisi layihələrinə investisiya qoymaqda maraqlıdır.

“Ümid edirik ki, Azərbaycanın “yaşıl” keçid səylərinə töhfə verməyə davam edəcəyik”, - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla