AZ

Paşinyan impiçment edilə bilərmi? – Cəmi 1 deputat çatışmır

“Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin həyata keçirilməsi müzakirə olunur”.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan bildirib. “36 deputatın imzasının təmin edilməsi məsələsi yeni baş nazirliyə namizədə də aiddir. Hüquqi və texniki məsələlərə sonra aydınlıq gətiriləcək", - Manukyan qeyd edib.

Ermənistan Konstitusiyanın 115-ci maddəsinə əsasən, deputatların ümumi sayının azı üçdə biri Baş nazirə etimadsızlıq bildirmək haqqında Milli Məclisin qərar layihəsini təqdim edə bilər. Yəni parlamentin 107 deputatından ən azı 36-nın imzası lazımdır. Müxalif “Ermənistan” (29) və “Mənim namusum var” (6) fraksiyalarının birlikdə 35 deputatı var. Yəni layihənin parlamentə təqdim edilməsi üçün daha bir deputatın imzası lazımdır. Bu halda müxalifət partiyalarının 2 yolu var: ya 2021-ci ildə “Mənim namusum var” fraksiyasını tərk edən İşxan Zəkaryanı onlara qoşulmağa razı salmaq, ya da hakim partiyadan deputat imzası almaq.

Hakim partiyanın deputatları isə yekdilliklə impiçment prosesinə qoşulmağı istisna ediblər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla