AZ

Argentinada iki qatar toqquşdu - 60 yaralı

Argentina paytaxtında sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 60 nəfər xəsarət alıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Xorxe Makri məlumat verib.

40 dəqiqə ərzində 60 sərnişinə yardım göstərilib, 30 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilib, 2 nəfər vertolyotla xəstəxanalara çatdırılıb. Toqquşma nəticəsində ölən olmayıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir. Toqquşma nəticəsində yanacaq sızması baş verib. 

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
2
Mənbələr
Şərh ()
Bağla