AZ

Samir Abasov tərəfindən bağışlanan forvard üçün xoş olmayan OLAY

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov hücumçusu Kamran Quliyevi bağışlayıb.

Təcrübəli mütəxəssis ilin əvvəlində forvardı Əvəzedici komandaya yollamışdı.

Təxminən 3 ay Vaqif Cavadovun sərəncamında olan Quliyev bir neçə həftə əvvəl əfv olunub.

Lakin uzun ayrılıqdan sonra əsas komandaya qayıdış Kamran üçün düşərli olmayıb.

Belə ki, o, çıxdığı ilk məşqlərdən birində ayağından xəsarət alıb.

Bununla da “Qəbələ”nin yetirməsi üçün mövsümün qapandığını deyə bilərik.

24 yaşlı oyunçu bu mövsüm 19 oyunda forma şansı qazanıb.

O, bu matçlarda 3 qol, 1 qol ötürməsilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla