AZ

Özbəkistanda Ulu öndər Heydər Əliyevlə bağlı kitab nəşr edilib

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə tanınmış jurnalist, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın özbək dilində “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” adlı kitabını Daşkənddə özbək dilində çap edilib. 

Kitabı özbək dilinə Özbəkistanın tanınmış alim və tərcüməçisi Babaxan Şərif çevirib.

Nəşrdə Zərifə Əliyeva və Heydər Əliyevin həyatı, gənclik illəri, ailə münasibətləri, ömürlərinin ən yaddaqalan, keşməkeşli, sevincli, fərəhli anları öz əksini tapıb, onlara yaxın olan şəxslərin xatirələri verilib. 

Nəşrdə Ulu öndər və Zərifə xanımın həyatlarının müxtəlif dövrlərinə aid çox sayda foto da yer alıb. 

Nəfis şəkildə çap edilmiş nəşrin yaxın günlərdə təqdimatının  keçirilməsi nəzərdə tutulur.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd   

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
Mənbələr
Şərh ()
Bağla