AZ

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

Naxçıvan, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ordubad rayonunda “Sehrli Ordubad” adlı fotosərgi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, peşəkar fotoqraf Aydın Mehdiyev tərəfindən ərsəyə gətirilən sərgi Ordubad Rayon Mədəniyyət Sarayının foyesində təşkil olunub. Sərginin açılışında Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların məsul şəxsləri ilə iştirak ediblər.

Çıxışlarda sərginin əhəmiyyəti vurğulayıb, incəsənətə və rəssamlığa böyük önəm verən Heydər Əliyev dühasının “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonuna, onun təbiətinə və digər özəlliklərinə olan xüsusi münasibəti diqqətə çatdırılıb.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman Ordubad rayonu və təşkil olunan sərgi haqqında təəssüratını bölüşüb, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Təqdim edilən materiallar böyük maraqla qarşılanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla