AZ

Putin baş nazir postuna bir daha “Mişustin” dedi

Rusiya prezidenti Vladimir Putin yenidən baş nazir postuna Mixail Mişustinin namizədliyini irəli sürüb.   Manset.az-ın xartici mediaya istinadən məlumatına görə, parlament üzvləri istefa ərizəsini imzalayan və kabinetini buraxan Mişustinin baş nazir postunu təsdiq edəcək. “The Moscow Times” qəzetinin yazdığına görə, bu addım Moskvanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsində davamlılıqdan xəbər verir. Dövlət Dumasının aşağı palatasının spikeri Viyaçeslav Volodin bu gün səhər saatlarında verdiyi açıqlamasında "Bu gün deputatlar öz seçiciləri adından bu məsələ ilə bağlı məsuliyyətli qərar qəbul edəcəklər", - deyib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla

Reytinq