AZ

"Sülh müqaviləsi Xankəndidə imzalana bilər" - Açıqlama

Xəbər verdiyimiz kimi, Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları iki gün davam edəcək. İki ölkə arasında növbəti görüş Xankəndidə baç tuta bilərmi

Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, sülh müqaviləsi Xankəndidə imzalana bilər:

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Almatı görüşündən sora sülh müqaviəsi ilə bağlı iki ölkə arasında addımlar da atıla bilər. Qazaxın kəndləri ilə bağlı məsələdə məlum oldu ki, Azərbaycan və Ermənistan tərəfləri sərhəddə də görüşə bilirlər. Amma indiki məqamda xarici işlər nazirlərinin Xankəndində görüşməsi bir qədər çətin məsələdir. Çünki 4 kəndlə bağlı qərardan sonra, Ermənistanda mitinqlər keçirilir. Ermənistanda vəziyyət son dərəcədə çətindir. Ümumiyyətlə sülh müqaviləsi Azərbaycanın hansısa bir kəndində və rayonunda, hətta Xankəndinin özündə də imzalana bilər. Amma bu məqamda Ermənistan tərəfinin Xankəndidə görüşü Ermənistan hakimiyyətinə çox baha başa gələ bilər"


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla