AZ

Oğuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 ci ildönümü münasibəti ilə tədbir keçirib -Fotolar



Oğuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 ci ildönümü münasibəti ilə “Heydər Əliyev-tarixi şəxsiyyət və Azərbaycanın xilaskarıdır" mövzusunda tədbir keçirib.

aia.az xəbər verir ki, mayın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı və Oğuz Rayon İcra Hakimiyyəti birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev-tarixi şəxsiyyət və Azərbaycanın xilaskarıdır" mövzusunda tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmış, müstəqilliyimizin, suverenliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, erməni işğalı altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda qətiyyətlə mübarizə aparmış, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı müstəsna xidmətlərində bəhs edib. Natiq bildirdi ki, siyasi müdrikliyi, məqsədyönlü siyasi strategiyası ilə dövlətimizin və xalqımızın gələcək inkişafının uğurlu bünövrəsini qoymuş Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qızıl hərflərlə yazmış güclü liderdir. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir.
Tədbirdə çıxış edən Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Oğuz rayon üzrə Gənclər İdman sektorunun müdiri Şaiq Rüstəmov və digər partiya fəalları Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsində azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin gücləndirilməsinin həlledici rol oynadığını vurğulayıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoyub. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib. Çıxış edənlər Heydər Əliyevin ölkənin iqtisadi, siyasi və mədəni həyatının inkişafına xidmət edən fəaliyyətinin mühüm məqamlarından, həyata keçirdiyi iqtisadi islahatlardan, kənd təsərrüfatının bütün sahələrinin davamlı inkişafından, ölkədə yeni sənaye müəssisələrinin yaradılması, ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən, respublikada ictimai-siyasi sabitliyin təmin edilməsinə xidmət edən əməli fəaliyyətindən danışıblar.
Daha sonra Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə rayonda keçirilən idman və intellektual yarışların qaliblərinə YAP Oğuz rayon təşkilatının mükafat və fəxri fərmanları təqdim edilib, partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
1
Mənbələr
Şərh ()
Bağla